2026-cı ildə Qazaxıstana Rusiyadan 3-4 pələng gətiriləcək.
Proqram Qazaxıstan və Rusiya arasında əməkdaşlıq çərçivəsində Qazaxıstan ərazisində pələngin tarixi yaşayış sahəsinə qayıdışına hazırlıq məqsədilə həyata keçirilir.
KONKRET.az-ın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu məqsədlə mütəxəssislər Rusiya Xabarovsk diyarında amur pələnglərini tutmağı öyrəniblər.
Qazaxıstan ekspertləri yırtıcı ilə işin tam dövrünü – axtarış və tutmadan tutmuş baytarlıq müayinəsi və azadlığa buraxılmağa qədər təlim keçiblər. Bu barədə “Amur pələngi” mərkəzindən bildirilib. Diqqət anesteziya, vəziyyətin monitorinqi, peyk yaxalıqlarının istifadəsinə yönəldilib. Qazaxıstan mütəxəssisləri həmçinin pələnglə insan arasında konflikt vəziyyətlərinə operativ reaksiya təcrübəsi ilə tanış olublar.
İldırım Musayev,
KONKRET.az