EN

Gürcüstan xarici işlər naziri Avropa Şurasının baş katibi ilə görüşdü

BAKI, 24 fevral. TELEQRAF

Gürcüstan xarici işlər naziri Maka Boçorişvili Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Gürcüstanla Avropa Şurası arasında əməkdaşlıq və təşkilatın gündəliyindəki cari məsələləri müzakirə ediblər.

Avropa Şurası daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstək vurğulanıb, eləcə də Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı məsələlərin Avropa Şurasının gündəliyində yüksək səviyyədə qaldırılmasının zəruriliyi qeyd edilib.

Görüşdə Gürcüstanın daxili siyasi məsələləri və regiondakı mövcud vəziyyət də müzakirə olunub.

Chosen
3
teleqraf.com

1Sources