EN

Qazaxıstan Xəzərin öyrənilməsinə 2 milyon dollar ayırdı

Qazaxıstan hökuməti Xəzər dənizinin kompleks şəkildə öyrənilməsi və qorunması üçün ehtiyatdan 1,1 milyard təngə (təxminən 2 milyon ABŞ dolları) ayırıb.

"Report" Qazaxıstan hökumətinə istinadən xəbər verir ki, müvafiq qərarı Baş nazir Oljas Bektenov imzalayıb.

Vəsait "Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu" SC-yə yönəldilib.

Qeyd olunub ki, maliyyələşdirmə institutun elmi potensialının yaxşılaşdırılmasına töhfə verəcək. Vəsait dəniz monitorinqinin aparılması üçün avadanlıqların alınması, həmçinin hidrobioloji və hidrokimyəvi laboratoriyaların təchiz edilməsi üçün nəzərdə tutulub. Bu, Elmi-Tədqiqat İnstitutuna bilavasitə dəniz akvatoriyasında kompleks monitorinqə keçməyə, o cümlədən mühitin hidrometeoroloji və bioloji parametrləri üzrə sistemli müşahidələr aparmağa imkan verəcək.

"Elmi-Tədqiqat İnstitutu bu gün səmərəli tədbirlərin işlənib hazırlanması üçün beynəlxalq elmi ictimaiyyətə fəal şəkildə inteqrasiya olunur, Xəzəryanı Ölkələrin Universitetləri və Elmi-Tədqiqat Mərkəzləri Assosiasiyasına daxil olub", - hökumətdən bildirilib.

Bu qərarın icrası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bütün zəruri tədbirləri görmək, Maliyyə Nazirliyinə isə büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsinə ciddi nəzarəti təmin etmək tapşırılıb.

"Cebheinfo.az"

Chosen
13
1
cebheinfo.az

2Sources