EN

“Putin Trampdan Ukraynaya təzyiq göstərmək üçün istifadə edir” - Zelenski

“Rusiya müharibəni bitirməyə sadiq deyil və ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla beynəlxalq liderlərdən istifadə etməklə Kiyevin danışıqlar mövqeyini zəiflətməyə çalışır”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Moskva özünü "pis aktyorlar" kimi aparır, inandırma illüziyası yaradır, amma əslində sülh axtarmır.

Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin inandırıcı və etibarlı görünmək cəhdləri sadəcə teatr tamaşasıdır.

“Moskva müharibəni həqiqətən bitirmək niyyətində olmadan dünya birliyini və ayrı-ayrı liderləri manipulyasiya etməyə çalışır”, - deyə siyasətçi vurğulayıb.

Zelenski həmçinin qeyd edib ki, Rusiya Trampdan təzyiq göstərmək üçün istifadə edir.

Daşqın HəsənovMissiya.Az

Chosen
6
missiya.az

1Sources