EN

ABŞ-nin elan etdiyi 10 faizlik gömrük rüsumları qüvvəyə minib

Bakı. Trend:

ABŞ-yə idxal edilən mallara tətbiq olunan gömrük rüsumlarqüvvəyə minib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ-nin Gömrük və SərhədMühafizəsi Xidməti (CBP) məlumat yayıb.

Qurumun açıqlamasında bildirilir ki, 24 fevral 2026-cı iltarixində ABŞ-nin Şərq Sahilləri vaxtı ilə saat 00:01-dən (Bakıvaxtı ilə 09:01) etibarən xaricdə istehsal olunaraq ABŞ-a gətirilənvə ya anbarlardan göndərilən bütün mallara 10% həcmində rüsumtətbiq edilir. Bu tədbir 150 gün – yəni 24 iyul 2026-cı iltarixinədək qüvvədə olacaq.

Ağ Evin nümayəndəsi NBC News telekanalına bildirib ki, Vaşinqtonadministrasiyası qlobal idxal rüsumlarının 15%-ə qədər artırılmasıilə bağlı ayrıca fərman üzərində işləyir. Lakin həmin sənədinprezident Donald Tramp tərəfindən nə vaxt imzalanacağıdəqiqləşdirilməyib.

Məqalədə:
Chosen
14
az.trend.az

1Sources