EN

Əməkdar jurnalist dünyasını dəyişdi

Əməkdar jurnalist, yazıçı, publisist, ssenarist, “Exo Sumqaita” qəzetinin baş redaktoru Eyruz Məmmədov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə mərhumun dostları bildiriblər.

Eyruz Məmmədov həm də ziyalılardan ibarət olan Sumqayıt Dostlar Klubunun İdarə Heyətinin üzvü idi.

Eyruz Məmmədov 13 yanvar 1953-cü ildə Sumqayıtda ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

İlk hekayəsi 1971-ci ildə - 19 yaşlı tələbə ikən çap edilib.

O, ümumilikdə 20-dən artıq kitabın, o cümlədən "2-ci paralel”, "Anata”, "P.S", Dama Pika”, "Mister Riç”, "Bir, iki, üç... və yaxud Dağ çiçəyi”, "Gecə... İncə gecə”, "Zöhra və Kənan”, "Qaranlığın çırağı", "Sən kimsən, Armando?" və s. bədii və tarixi kitabların müəllifidir.

E.Məmmədov rejissor Davud İmanovla birgə "Sumqayıtın əks-sədası" ("Эхо Сумгаита") filmini ərsəyə gətirmiş, "Sumqayıtım mənim" kitabını yazmışdı. O, 1100 səhifəlik "Bir kəndin camaatı" tarixi-etnoqrafik romanın da müəllifi idi. Mərhum ssenarist "Sumqayıt: Azadlığın əks-sədası", "Cəbhə bölgəsində", "Sumqayıtın bir axşamı” və digər filmlərin kinossenarilərini yazmışdı.

"Qızıl qələm", Həsən bəy Zərdabi adına və “Araz” ali ədəbi mükafatlarının laureatı idi.

Allah rəhmət eləsin. (Modern.az)

Bizim.Media

Chosen
7
2
bizim.media

3Sources