EN

Avropa Komissiyasının Prezidenti Kiyevə səfər edib

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Kiyevə səfər edib. 

Missiya.Az xəbər verir ki, o bu barədə sosial media hesabında bildirib.

Aİ rəhbəri qeyd edib ki, bu, onun Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri Ukraynaya 10-cu səfəridir.

Fon der Leyen səfərin məqsədini Ukraynaya maliyyə və hərbi dəstəyin, xüsusən də sərt qış şəraitində davam etdiyini təsdiqləmək olaraq izah edib.

"Ukraynanın ədalətli mübarizəsinə sarsılmaz sadiqliyimizi vurğulamaq və həm Ukrayna xalqına, həm də təcavüzkara aydın siqnal göndərmək üçün: sülh bərpa olunana qədər geri çəkilməyəcəyik", – deyə Avropa Komissiyasının Prezidenti əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
22
missiya.az

1Sources