Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda yol nişanının tələbini pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə ötən il dekabrın 16-da paytaxtın Akim Abbasov küçəsi ilə Həsən bəy Zərdabi küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 90-EF-682 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətin yalnız sağa təşkil edildiyi zolaqdan düzünə hərəkət edib. Bu zaman orta zolaqdan sağa dönən sürücülərin qarşısını kəsərək onların hərəkətinə mane olub. O, təhlükə yaratmasına baxmayaraq, siqnal verərək narazılığını da bildirib.
Qeyd edək ki, sözügedən kəsişmədə sağ zolaqdan yalnız sağa, orta zolaqdan düzünə və sağa, sol zolaqdan isə yalnız düzünə hərəkəti bildirən 5.8.1 nişanı quraşdırılıb.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.