EN

Benfika UEFA nın qərarına görə bəyanat yaydı

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Benfika" UEFA-nın qərarına görə bəyanat yaydı

Portuqaliyanın “Benfika” klubu UEFA-nın Madrid “Real”ının yarımmüdafiəçisi Federiko Valverde ilə bağlı qərarından narazı qalıb.

QOL.az xəbər verir ki, Çempionlar Liqasının ilk pley-off matçında “Real”ın futbolçusu Federiko Valverde “Benfika”nın müdafiəçisi Samuel Dahla zərbə endirib. Nəticədə futbolçu gicgah nahiyəsindən tutaraq meydançaya yıxılıb. Oyunun baş hakimi Fransua Leteksye epizodda qayda pozuntusu qeydə almayıb və Valverdeni cəzalandırmayıb.

Bundan sonra “Benfika” məsələ ilə bağlı UEFA-ya rəsmi şikayət ünvanlayıb və futbolçunun qırmızı vərəqə almalı olduğunu bildirib. Lakin qurum müraciəti rədd edib və insidentin əlavə araşdırmaya çıxarılmayacağını açıqlayıb.

Lissabon təmsilçisi isə buna etiraz edərək bəyanat yayıb. Bəyanatda qeyd olunub: “Benfika" Samuel Dala qarşı hücumu təsdiqləyən foto sübutlara baxmayaraq, UEFA-nın heç bir intizam tədbiri görməməsi ilə bağlı təəssüf hissi keçirir. Şübhə yoxdur ki, bu epizod qırmızı vərəqəyə layiq idi. Lakin şikayətimiz rədd edildiyi üçün əlavə sanksiyalar tətbiq olunmayacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
2
qol.az

3Sources