EN

Yağış intensivləşəcək, qar yağacaq PROQNOZ

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Bakıda və Abşeron yarımadasında fevralın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Bölgələrdə havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
42
bizim.media

10Sources