EN

Sürət həddini kobud şəkildə aşdı - Cəzalandırıldı

style='margin-bottom:10px;'>

“Mançester Yunayted”in fransalı müdafiəçisi Leni Yoro sürət həddini kobud şəkildə aşdığına görə altı ay müddətinə sürücülük vəsiqəsindən məhrum edilib.

QOL.az xəbər verir ki, bu barədə “Independent” nəşri məlumat yayıb. 

Hadisə 2025-ci ilin avqustunda Mançesterin Uitinqton qəsəbəsində baş verib. Kameralar futbolçunun idarə etdiyi avtomobilin saatda təxminən 115 km/saat sürətlə hərəkət etdiyini qeydə alıb ki, bu da icazə verilən limiti təxminən iki yarım dəfə üstələyib.

Yoronun vəkilləri futbolçunun adından üzr istəyərək bildiriblər ki, yol boş olub və o, “dostunu dəmiryolu stansiyasına çatdırmağa tələsib”. Bununla belə, müdafiəçi məhkəmənin qərarına etiraz etməyib.

Qeyd edək ki, Leni Yoro 2024-cü ilin iyulunda “Mançester Yunayted”ə transfer olunub. O, daha əvvəl Fransanın “Lill” klubunda çıxış edib.

Chosen
13
1
teleqraf.com

2Sources