EN

Meksikada öldürülən hərbçilərin sayı açıqlandı

Xalisko yeni nəsil kartelinin lideri Nemesio Osequera Servantesin öldürülməsindən sonra Meksikada baş verən toqquşmalar nəticəsində Meksika Milli Qvardiyasının 27 əsgəri həlak olub. 

"Unikal"ın məlumatına görə, Meksika Təhlükəsizlik Katibi Omar Qarsiya Harfuç Xaliskodakı əsgərlərin altı ayrı hücumda öldürüldüyünü söyləyib. O, həmçinin Xaliskoda təxminən 30 şübhəlinin, Miçoakanda isə daha dörd nəfərin öldürüldüyünü deyib.

ABŞ-nin “El Menço" kimi tanınan kartel liderinin ölümü ilə nəticələnən Meksika əməliyyatına kəşfiyyat dəstəyi verdiyi deyilir.

Chosen
11
unikal.az

1Sources