EN

Bekhem istirahət zamanı qadının həyatını xilas etdi

Əfsanəvi futbolçu Devid Bekhem Fransanın Kurşeval kurortunda xizək sürərkən yıxılan qadına kömək edib.

Publika.az xəbər verir ki, “Mançester Yunayted” və İngiltərə millisinin sabiq üzvü ailəsi ilə birlikdə Fransa Alp dağlarında istirahətdə olarkən britaniyalı bir qadının yıxılaraq başını əzdiyini görüb. Bekhem dərhal onun xizəklərini çıxarıb və vəziyyətinin yaxşı olduğuna əmin olub.

Şahidlərin sözlərinə görə, o, əsl centlmen kimi davranıb və zərərçəkənə qarşı çox diqqətli olub. Hadisə zamanı onun yanında 14 yaşlı qızı Harper də olub.

Chosen
16
publika.az

1Sources