EN

Nigeriyada kəndlərə basqın 10 nəfər halak oldu

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Nigeriyanın Plato əyalətində Jol və Dorowa Babuje kəndlərinə silahlı hücumlar təşkil edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriyadakı Berom Gənclər Dərnəyinin rəhbəri Solomon Dalyop bildirib.

O qeyd edib ki, silahlı şəxslərin hücumlarında 10 nəfər ölüb, çox sayda insan yaralanıb.

Dalyop əlavə edib ki, əyalətdəki təhlükəsizlik qüvvələri hücum xəbərini aldıqdan sonra əraziyə gedib.

Xatırladaq ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu ISWAP kimi terror təşkilatlarının hücumlarına məruz qalır.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
525.az

1Sources