EN

Ukraynanın bərpası üçün gərəkən vəsait açıqlandı: Şok məbləğ

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı-nin birgə hazırladığı hesabatda Ukraynanın müharibədən sonrakı bərpası üçün 588 milyard dollardan artıq vəsaitə ehtiyac olduğu bildirilib.

Globalinfo.az xəbər verir ki, hesabata əsasən, 10 il ərzində əsas sahələr üzrə böyük investisiyalar tələb olunacaq.

Nəqliyyat infrastrukturunun bərpasına təxminən 96 milyard dollar, enerji sektoruna 91 milyard dollar, mənzil fondunun yenilənməsinə isə 90 milyard dollar xərclənməsi nəzərdə tutulur.

Sənaye və ticarətin dirçəldilməsi üçün 63 milyard dollar, kənd təsərrüfatı sektorunun bərpası üçün isə 55 milyard dollar vəsait ayrılması planlaşdırılır. Eyni zamanda sənəddə Ukraynaya dəyən birbaşa maddi ziyanın artıq 195 milyard dolları keçdiyi qeyd olunur.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
globalinfo.az

1Sources