EN

Polşa prokurorluğu Epşteyn işi ilə bağlı araşdırmaya başlayıb

Polşa prokurorluğu Epşteyn işi ilə bağlı araşdırmaya başlayıb

Polşa Baş prokurorunun müavini Dariuş Kornelyuk, pedofiliya da daxil olmaqla cinsi cinayətlərdə ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin işində "Polşa izi"ni araşdırmaq üçün xüsusi istintaq qrupu yaradıb.

AFN.az xəbər verir ki, bu barədə Prokurorluğun saytında məlumat verilib. Bildirilir ki, 23 fevral 2026-cı il tarixli sərəncamla yaradılan 5 nömrəli istintaq qrupu insan alveri və cinsi cinayətlərlə məşğul olan beynəlxalq cinayətkar qruplaşmanın fəaliyyətini araşdıracaq. Qrupun tərkibinə Polşa Prokurorluğunun üç təcrübəli prokuroru daxil edilib.

Xatırladaq ki, fevralın əvvəlində Polşanın Baş naziri Donald Tusk ədliyyə naziri Valdemar Jurekə Epşteyn dosyesindəki "Polşa izi"ni araşdırmaq üçün xüsusi "analitik qrup" yaratmağı tapşırmışdı. Bu addım ABŞ Ədliyyə Nazirliyinin 30 yanvar 2026-cı ildə maliyyəçinin dosyesindən 3 milyondan çox sənədi, həmçinin minlərlə video və fotoşəkili ictimaiyyətə açıqlamasından sonra atılıb.

Həmin sənədlərdə dünyanın müxtəlif ölkələrindən olan dövlət xadimləri, biznesmenlər və kral ailəsi üzvlərinin adları keçir.

Chosen
20
afn.az

1Sources