EN

PSJ 19 yaşlı futbolçu ilə müqavilə imzalayır

PSJ yarımmüdafiəçi Senni Meyulu ilə müqaviləni uzatmağa hazırlaşır.

İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu 19 yaşlı futbolçuya 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə təklif edəcək. Avropanın bir neçə klubunun marağına baxmayaraq, Meyulu komandada qalmaq istəyir.

Qeyd edək ki, baş məşqçi Luis Enrikenin rəhbərliyi altında çıxış edən gənc yarımmüdafiəçi bu mövsüm 28 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
21
idmanxeber.az

1Sources