EN

Turin klubu yeni baş məşqçisini AÇIQLADI

İtaliya təmsilçisi "Torino" yeni baş məşqçisini açıqlayıb.

Bizim.Media xəbər verir ki, komanda ötən mövsüm "Empoli"yə rəhbərlik edən Roberto D’Aversaya tapşırılıb. 50 yaşlı mütəxəssis klubla 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
 

Xatırladaq ki, yeni baş məşqçi futbol ictimaiyyətinə həm də qalmaqallı hərəkəti ilə tanışdır. O, təxminən iki il əvvəl "Leççe"ni çalışdırarkən "Verona"nın futbolçusunu Zinəddin Zidan üslubunda başı ilə vurduğu üçün işindən qovulmuşdu.


Xatırladaq ki, "Torino" ötən bazar günü səfərdə "Cenoa"ya 0:3 hesabı ilə uduzduqdan sonra turnir cədvəlində 15-ci pilləyə geriləyib.

Bizim.Media

Chosen
1
1
bizim.media

2Sources