ain.az bildirir, Azpolitika.az portalına istinadən.
"Yəqin ki, hamımız eyni hissləri keçirdik. Sadəcə düşünürəm ki, Valeri Fyodoroviçin (Zalujnı) qeyd etdiyi detalları bu gün müzakirə etmək çox da yaxşı deyil. Çünki bundan heç kim udmayacaq. Axı biz ordumuzdan danışırıq... Bu gün ordu döyüşür. Və o, bu barədə danışmağa davam etsə, belə deyək ki, yaxşı görünməyəcək. Yaxşı, deyib deyib də...”
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Ordusunun keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışan Valeri Zalujnının son açıqlamalarına münasibət bildirərkən deyib.
Zelenski qeyd edib ki, indi Zalujnının səsləndirdiyi daxili fikir ayrılıqlarının təfərrüatlarını müzakirə etməyi yersiz sayır.
Prezident özünün gələcək seçkilərdə iştirakı mövzusuna da toxunub: “Kim deyib ki, mən seçkilərdə mütləq iştirak edəcəyəm? Heç kim deməyib ki, iştirak edəcəyəm, yaxud etməyəcəm. Çünki müharibə gedir. Vəziyyət belədir. Və biz bunu ləyaqətlə sona çatdırmalıyıq. İnsanlar hər kəsin necə yaşadığına, bu dövrü necə yaşadığına, kimin harada olduğuna və kimin nə etdiyinə görə mütləq hər şeyə və hər kəsə qiymət verəcəklər. Məncə, bütün cavab budur".
Zalujnının potensial prezidentlik iddiaları ilə bağlı suala Zelenski təmkinli cavab verib: "Bilmirəm. Hər kəs Prezident ola bilər - təkcə namizəd yox, həm də Prezident olmağa hazır olan hər kəs Prezident ola bilər".
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.