Britaniyanın ABŞ-dakı sabiq səfiri Piter Mandelson saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Piter Mandelson dövlət qulluğunda qeyri-münasib davranış şübhəsi ilə saxlanılıb.
Məlumata görə, diplomatın saxlanılmasına səbəb onun qalmaqallı milyarder Ceffri Epşteynlə olan əlaqələridir.
Hüquq-mühafizə orqanları Piter Mandelsonun Epşteynlə münasibətlərini və bu əlaqələrin onun dövlət vəzifəsini icra etdiyi dövrdə hər hansı qanunsuzluğa və ya etik normaların pozulmasına yol açıb-açmadığını araşdırır.
Hazırda faktla bağlı genişmiqyaslı təhqiqat aparılır.
Xuraman Etibarlı
İnterpress.az