EN

Qarabağ Joni Montiellə arxadan yaxşı hücumlar qurur Nyukasl ın futbolçusu

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Nyukasl" futbolçuları "Qarabağ"la matçda Ağdam təmsilçisinin yarımmüdafiəçisi Joni Montieli diqqətdə saxlayacaqlar.

Redaktor.az xəbər verir ki, bunu "Nyukasl" klubunun futbolçusu Ceykob Merfi "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

O, "Qarabağ"ın zəif rəqib olmadığını vurğulayıb:

"Qarabağ" əslində çətin rəqibdir. Heyətlərində 9 nömərli futbolçu Joni Montiellə arxadan yaxşı hücumlar qururlar. Bu məqama diqqət yetirməliyik. Doğma meydanda çıxış etdiyimiz üçün öz oyun prinsiplərimizi tətbiq etməyə çalışacağıq".

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
9
redaktor.az

10Sources