2014-cü ilin noyabrında Ermənistan–Azərbaycan cəbhə xəttində Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helikopterin vurulduğu əraziyə aid yeni görüntülər yayılıb.
NOCOMMENT.az xəbər verir ki, paylaşılan kadrlardan hadisənin baş verdiyi məkanın Ağdam rayonunun Kəngərli kəndi ərazisi olduğu aydın görünür.
Xatırladaq ki, sözügedən hadisə Azərbaycan hərb tarixində xüsusi yer tutur. Belə ki, Ermənistan ordusuna məxsus helikopterin məhv edilməsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu İlkin Muradov-un səsləndirdiyi “Vur, komandir, vur!” ifadəsi sonradan ölkədə rəmzi çağırışa çevrilib.
Məhz həmin əməliyyat zamanı səsləndirilən bu ifadə ilə yadda qalan hadisənin baş verdiyi əraziyə aid görüntüləri təqdim edirik.
/Musavat.com/