Meksika müdafiə naziri: El Menço sevgilisinin izlənilməsi nəticəsində məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Meksikanın müdafiə naziri Rikardo Trevilya məlumat yayıb.
Nazir bəyan edib ki, “Xalisko Yeni Nəsil” (CJNG) kartelinin lideri “El Menço”nun ləğv edilməsi əməliyyatı Meksika və ABŞ kəşfiyyat xidmətlərinin uğurlu əməkdaşlığı sayəsində baş tutub.
Trevilyanın sözlərinə görə, xüsusi xidmət orqanları narkobaronun sevgililərindən birini aşkar edərək onu gizli şəkildə izləməyə başlayıblar.
Məhz həmin qadının hərəkətlərini təqib edən kəşfiyyatçılar cinayətkarın Xalisko ştatının Tapalpa şəhərciyindəki gizli sığınacağını müəyyən ediblər.
Bunun ardınca həyata keçirilən kəskin əməliyyat nəticəsində dünyanın ən təhlükəli narkobaronlarından biri zərərsizləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az