Bakı. Trend:
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC böhranvəziyyətlərində rabitə infrastrukturunun fasiləsizliyinin təminedilməsinə yönəlmiş “Böhran İdarəetmə Qrupu” (BİQ) layihəsininnövbəti mərhələsinə start verib. Layihə çərçivəsində millisəviyyədə koordinasiyalı fəaliyyət mexanizmlərinintəkmilləşdirilməsi və telekommunikasiya şəbəkəsinin davamlılığınınartırılması əsas prioritetlər kimi müəyyən edilib.
Növbəti mərhələnin icrası ilə bağlı "Azercell"in təşəbbüsüəsasında Azərbaycan Respublikasının Kosmik Agentliyi və “Aztelekom”MMC nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib. Görüşzamanı layihənin mərhələli icra planı təqdim olunub, yol xəritəsiüzrə nəzərdə tutulan fəaliyyət istiqamətləri müzakirə edilib vətərəfdaşlar arasında koordinasiyanın daha da gücləndirilməsiməsələləri diqqət mərkəzində olub.
“Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı ilə icra olunan BİQlayihəsi ölkədə regional resursların idarə edilməsi prosesininformalaşdırılmasına yönəlib. Eyni zamanda, təşəbbüs böhran vəfövqəladə hallarda rabitə xidmətlərinin operativ bərpasını təminedən mexanizmlərin tətbiqini nəzərdə tutur və qəza-bərpatədbirlərinin çevik, planlı şəkildə icrası üçün hazırlıqsəviyyəsini artırır.
BİQ çərçivəsində yaradılan əməkdaşlıq modeli müxtəlif qurumlararasında operativ informasiya mübadiləsini və resursların effektivbölüşdürülməsini təmin etməklə telekommunikasiya infrastrukturunundayanıqlılığını gücləndirir.
Qeyd edək ki, layihənin ilkin mərhələsi 2024-cü ildə uğurlatamamlanıb. Bu mərhələdə operativ böhran idarəetmə qruplarıformalaşdırılıb, regionlarda simulyasiya testləri keçirilib vərabitə xidmətlərinin bərpa müddətinin optimallaşdırılmasıistiqamətində əhəmiyyətli nəticələr əldə olunub.