EN

20 dərəcə istidən sonra qar: Kənd təsərrüfatını nə gözləyir?

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son günlər Azərbaycan ərazisində temperaturun 20 dərəcədən yuxarı qalxması bitkilərin inkişafında "yalançı oyanışa" səbəb olub. Lakin sabahdan etibarən rayonlarda qar yağacağı və havanın kəskin soyuyacağı barədə verilən proqnozlar kənd təsərrüfatı sektorunda ciddi narahatlıq yaradıb. Erkən istilərdən sonra gözlənilən şaxtalı hava xüsusilə meyvə bağları və tərəvəz sahələri üçün böyük risk formalaşdırır.Məsələ ilə bağlı ekoloq Sadiq Həsənli Demokrat.az-a bildirib ki, havaların bu cür isti keçməsi normal hal deyil:"Qış mövsümünə uyğun olmayan temperatur bitkilərin inkişafını stimullaşdırdı. Günəş şüalarının təsiri ilə bitkilər vegetasiya dövrünə başladı. Normal şəraitdə isə bundan sonra soyuq hava kütlələrinin daxil olması gözləniləndir. Ayın sonuna doğru havanın kəskin soyuması proqnozlaşdırılır. Bu isə mövsüm üçün xarakterik hesab edilmir. Çünki ilin bu aylarında Azərbaycanda temperatur adətən 5–8 dərəcə arasında dəyişir. Mövcud kəskin fərq anormal vəziyyət yaradır.Kəskin soyuqlar müşahidə olunarsa, bu, bitkilərin məhv olmasına səbəb ola bilər. Temperatur mülayim şəkildə 3–4 dərəcəyə qədər enərsə, ciddi təsir gözlənilmir".Ekoloq xəbərdarlıq edir ki, əgər temperatur sıfır dərəcədən aşağı düşərsə, bu, tumurcuqlamış və ya çiçəkləmiş ağacların kütləvi məhvinə gətirib çıxara bilər. Yalnız temperaturun mülayim şəkildə 3–4 dərəcəyə qədər enməsi kənd təsərrüfatı sahələrini ciddi zərərdən xilas edə bilər. Hazırda fermerlər məhsuldarlığın aşağı düşməməsi üçün müxtəlif qoruyucu tədbirlər barədə düşünürlər.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
demokrat.az

1Sources