EN

"Fənərbaxça"dan səs-küylü transfer

Mövsüm fasiləsində güclü hücumçu transfer edə bilməyən "Fənərbaxça" mövsümün sonunda səs-küylü transfer reallaşdıra bilər. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi "Atletiko Madrid"in futbolçusu Aleksandr Sörlotun xidmətində maraqlıdır. Məlumata görə, “Fənərbaxça” rəhbərliyi futbolçunu transfer etmək üçün böyük büdcə ayırıb. İddialara görə, Türkiyə klubu futbolçu üçün 20 milyon avro ödəməyə razılıq verib. Klub Aleksandr Sörlota isə bonuslar da daxil olmaqla ildə 10 milyon avro irəli sürüb.

Bildirilir ki, "Atletiko Madrid"lə 2028-ci ilə qədər müqaviləsi olan Aleksandr Sörlot, "Fənərbaxça"da oynamağa razılıq verib.

Chosen
2
metbuat.az

1Sources