İman Abdullayev: “Bobkov sən cinayətkarsan, sən Azərbaycan xalqının qanını içmisən”
Eldar Nicatov: “Yoldaş general biz...sizdən həqiqəti gözləyirdik. Sizisə erməni millətçiləri və seperatçılarının sözlərini tamamilə təkrar edirsiniz”
Şahverdi Arifov: “Mərkəzin göstəişlərinə əsasən bütün Azərbaycan xalqından hətta ov silahları belə yığışdırılmışdı... Erməni əhalisi isə bu vaxt təpədən dirnağa qədər silahlandırılmışdı”
Çağdaş Azərbaycan tarixinin obyektiv tədqiq olunmamış mövzularından biri 1988-1991-ci illərdə həyatlarını risk altında qoyaraq rejimə qarşı mübarizəyə dəstək vermiş Dövlət Təhlükəsizlik Komistəsinin azərbaycanlı əməkdaşlarının fəaliyyəti ilə bağlı mövzudur.
1988-ci ildən başlayaraq bu günə kimi bir sıra siyasətçilərin bir-birini KQB (DTK) agenti olmaqda ittiham etməsi, KQB arxivlərinin indiyənə qədər açılmaması bu qurumda xalqı müdafiə etmiş şəxslər haqqında müsbət fikir söyləməkdən sanki insanları çəkindirmişdir. Bu qəhrəman insanların təvəzökarlıq görtərməsi və müəyyən səbəblərdən gördükləri işlər haqqında danışmağa meyl etməmələri də uzun zaman onlarınfəaliyyətindən xalqın məlumatsız qalmasına səbəb olmuşdu.
Milli-azadlıq hərəkatı liderlərinin bəziləri öz çıxışlarında epizodik olaraq xalqın mübarizəsinə dəstəkverənlər arasında DTK-nın azərbaycanlı nümayəndələrinin olmasını qeyd etsələr də, onların adlarını heç zaman çəkməmişlər. Onların fikrincə bu bir dövlət sirri olaraq daim qapalı qalmalı olan məsələrdən hesab olunurdu. Lakin fikrimizcə bunlar artıq deyilməli,xalq uzun müddət kölgədə qalmış öz qəhrəmanlarını şəxsən tanımalıdır. Bu qəhrəman insanlar haqqında məlumat əldə etmək çox çətin olsa da tarixçilər bu istiqamətdə araşdırmalarını davam etdirməlidirlər. Fikrimizcə bu tarixi ədaləti bərpa etmək, unudulmuş qəhrəmanları xalq tanıtmaqla yanaşı, həm də çağdaş Azərbaycan tarixinin obyektiv işıqlandırılmasında, saxtakarlıqların aradan qaldırılmasında mühüm rol oynaya bilər.
Nəhayət uzun müddət diqqətdən kənarda qalmış bu mövzu hadisələrin iştirakçıları və canlı şahidləri olmuş Yalçın Nəbiyevin və Fazil İmamverdiyevin köməkliyi ilə 2025-2026-cıillərdə gündəmə gəldi. Yalçın Nəbiyevin nəşr olunmuş “Bir zamanlarDTK” kitabında [3] və DİB TV-də “KQB əməkdaşı o gecə baş verənlərdən danışdı. 20 yanvarla bağlı şok faktlar üzə çıxdı” başlıqlı verlişdə [4]istefada olan təhlükəsilik polkovniki Fazil İmamverdiyevin müsahibəsində uzun müddət xalqdan gizli qalan həqiqətlərin bir hissəsinə aydınlıq gətirildi. Dövlət Təhlükəsizlik Komistəsində uzun illərişləmiş bu iki vətənpərvər insanın xatirələri bəzi qaranlıq məsələlərin üzərinə işıq salmağa imkan verdi.
Yalçın Nəbiyevin kitabı -ön sözdən, “Moskva sentyabr 1987– ci il”, “Naxçıvanda tətil”, “Hadisələri izləməkdə davam edin”, “Bakı və Yerevan”, “Əlvida Moskva”, “Azadlıq meydanı”, “Vəziyyət gərginləşməkdədir”, “İyirmi yanvara doğru”, “Düşmən pusquda”, “ Artaşatda dolma məsələsi”, “Dağlarda döyüş və ya sapı özümüzdən olan baltalar”, “DTK-dan MTN-ə” başlıqlı XIII fəsildən və “Sakit üfüqlər və ya həyat davam edir” başlıqlı epiloqdan ibarətdir.
Polkovniki Fazil İmamverdiyevin müsahibəsində ““Dağlıq Qarabağ” münaqişəsininə dövrün rəhbərliyi necə laqeyd yanaşdı?”,“Xalq Hərəkatını və Xalq Cəbhəsini kim və niyə yaratdı?”, “ Elçibəy necə AXCP-nin sədri seçilib?”, SSRİ-i Xalq Cəbhəsi Partiyasını hansı məqsədlərlə istifadə etmək istəyirdi?”, “SSRİ-nin ALFA qrupu Azərbaycanda hansı təxribatlara əl atmaq istəyirdi?”, “SSRİ-nin kəşfiyyat qrupu hansı azərbaycanlılardan istifadə edirdi?”, “Biz mütləq ərəb əlifbasını gətirəcəyik”, “19 və 20 yanvar gecəsi nələr baş verdi?”, “Sən cinayətkarsan!” və s. məslələrə haqqında öz fikirlərini bölüşüb.
Qeyd olunan kitab və müsahibədə Dövlət Təhlükəsizlik Komistəsinin azərbaycanlı əməkdaşlarından İman Abdullayev, Eldar Nicatov, Şahverdi Arifov və hələlik geniş ictimaiyyətə adları məlum olmayan digər mərd insanların uzun illər kölgədə qalmış fəaliyyəti haqqında faktlar işıq üzü görüb.
Bunların arasında BDU-nun ( o zaman ADU) Tarix fakültəsində eyni dövrdə təhsil aldığımız İman Abdullayevin adına rast gəlməyimiz mövzuya marağımızı daha da artırdı.
İman Əli oğlu Abdullayev - 7 fevral 1957-ci ildə Əlibayramlı (indiki Şirvan şəhərində anadan olub.1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin ( hazırda Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil alıb. 1978- 1982-ci illərdə Əlibayramlı şəhər 2 saylı orta məktəbdə müəllim, direktor müavini, şəhər komsomol komitəsinin şöbə müdiri vəzifələrində çalışıb.
1982-1994-cü illərdə SSRİ Dövlət Təhlükəsizlik Komistəsinin Minsk şəhərindəki məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan təhlükəsilik orqanlarında çalışıb. Kiçik əməliyyat müvəkilindən idarə rəisi vəzifəsinə qədər yüksəlib. Münaqişə zonalarında aparılmış döyüş əməliyyatlarında iştirak edib. 20 yanvar faciəsi dövründə mayor rütbəsində olub. Sonradan polkovnik rütbəsində təhlükəsilik orqanlarında tərxis olunub. 26 fevral 2001-ci ildə bağırsağında edilənuğursuz cərrahiyə əməliyyatı nəticəsində 44 yaşında vəfat edib.
Çağdaş Azərbaycan milli azadlıq hərəkatında Bakı Dövlət Universitetinin, xüsusilə BDU-nun tarix fakültəsinin rolu danılmazdır. Sonradan milli-azadlıq hərəkata rəhbərlik etmiş şəxslər, nazirlər, deputatlar və milli -azadlıq hərəkatında fəal iştirak etmiş yüzlərlə şəxs İman Abdullayevlə eyni vaxtda bu fakültədə təhsil almışlar. Belə bir mühitdə təhsil alan İman Abdullayevdə millətə, vətənə bağlılıq hissi güclü idi. Bu da təhlükəzslik orqanında fəaliyyəti dövründə özünü biruzə vermişdi.
1992-1993-cü illərdə MTN sədrinin birinci müavini olmuş Sühəddin Əkbər “Azadlıq” radiosuna 3 iyun 2020-ci il tarixli müsahibəsində həmin qurumda İman Abdullayevin köməkliyi ilə milli kadrlardan ibarət komandanın yaradılması haqqında məlumat vermişdi.
Uzun müddət 20 yanvarla bağlıictimai rəydəsabiq Daxili İşlər Naziri İsgəndər Həmidovun SSRİ Daxili İşlər Naziri Bakatinin ona uzatdığı əlini almayaraq “sənin əlin qana batıb” deməsigeniş yayılmış və əhali arasında onunnüfuzunun artmasına müsbət təsir göstərmişdi. Lakin Dövlət Təhlükəsizlik Komistəsinin azərbaycanlı əməkdaşlarından İman Abdullayev, Eldar Nicatov, Şahverdi Arifov və başqalarının faciədən dərhal sonra 21 yanvar 1990-cı il tarixdəsəhər keçirilən toplantı zamanı SSRİ DTK sədrinin birinci müavini general polkovnik Filip Denisoviç Bobkovun Azərbaycan xalqına qarşı böhtançı çıxışını kəsərək onu cinayətdə ittiham etmələri haqqında bu günə qədər əhalidə məlumat hələ də yox dərəcəsindədir.
20 yanvar faciədən qabaq Bakıda gərginliyi artırmaq məqsədilə Moskva əvvəl Xanlar və Qubadlıya hərbi vertolyotların hücumunu təşkil etmiş, lakin bu təxribat istənilən nəticəni vermədikdə, Bakıda yanvarın 13-də erməni talanları təşkil edilmişdi. Bu talanları Moskvadan Bakıya ezam olunmuş DTK-nın yüksək rütbəli zabitlərinin rəhbərliyi ilə xüsusi təyinatlı dəstə olan “Alfa” qrupu təşkil etmişdir. Bu qrupub üzvləri qabaqcadan Bakıda yaşayan ermənilərin ünvalanlarını toplayaraq bu cinayətləri törətmək və bunu Azərbaycan xalqının üstünə atmaqla Bakıya qoşun yeridilməsi bəhanə əldə etməyi planlaşdırmışdılar.Bu təxribatlaraDTK-da çalışan həyat yoldaşları başqa millətlərdən olan azərrbaycanlı əməkdaşlar cəlb olunsalar da, təmiz azərbaycanlı ailəsi olan milli kadrlar bütün sahələrdən təcrid olunaraq fəaliyyətlərinə qadağa qoyulmuşdu. Bu Moskvadan ezam olunmuş generalların milli kadrlara inamsızlığı, faciədən sonra DTK-nı milli kadrlardan təmizləmək və baş vermiş faciədə onları daittiham etmək üçün qabaqcadanplanlaşdırılmışdır.
Yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını öldürməsinə cavab olaraq erməni talanları başlandı. 56 nəfər öldürüldü, 112 nəfər xəsarət aldı. Talançı dəstələrin azğın əməllərinə nə yerli hüquq mühafizə orqanları, nə də o zaman Bakıda olan SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı qüvvəsi mane olurdu. Onlar milli münaqişəyə qarışmamaq əmri almışdılar. Əhalinin köməyi ilə ermənilərin çoxu evlərdə, məscidlərdə, hərbi hissələrdə sığınacaq tapdı. Milli Müdafiə Şurasının özünümüdafiə dəstələrinin gücü ilə yanvarın 15-də, demək olar ki, talanların qarşısı alınmışdı. Milli Müdafiə Şurasının dəstələri şəhərə nəzarət edirdilər.
AXC üzvləri hər yerdə camaatı başa salırdılar ki, “ermənilərin evini dağıtmağın, onları evlərində döyməyin ümumi məsələnin həll olunmasında heç bir xeyri yoxdur. Ancaq bu Bakıya qoşun yeritməsi üçün Moskvaya bəhanə verər”.
1990-cı ilin 20 yanvarıda Bakıda faciənin törədilməsinin əsas səbəbini qısa olaraq belə izah etmək olar: “1989-cu ilin sentyabrından Azərbaycan rəhbərliyinin əhali arasında nüfuzu çox aşağı düşmüşdü. Bunu əksinə olaraq AXC-nın reytinqi artmaqda davam edirdi. 1990-cı ilmartında Respublikada Ali Sovetə, yəni parlamentə seçkilər keçirilməli idi. Belə vəziyyətdə seçkilərdə AXC-nin qələbə çalacağına şübhə yox idi. SSRİ Konstitusiyasına görə müttəfiq Respublikaların SSRİ-nin tərkibinə daxil olması, oradan çıxması könüllü idi. Deməli seçkilər keçirildikdən sonra Azərbaycan parlamentdə çoxluq təşkil edəcək demokratik qüvvələrin səyi ilə Azərbaycan dinc yolla SSRI-nin tərkibindən çıxa bilərdi. Bunun qarşısını almaq üçün Moskva Bakıda 20 yanvar faciəsini törətdi.”
“1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarında(29 mart 1994-cü il)qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür… Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş,Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır.
Qanlı yanvarfaciəsinəetirazəlamətiolaraq Naxçıvan MSSR Ali Soveti SSRİ - nin və müvafiq surətdə AzərbaycanSSR - in tərkibindən çıxmaqhaqqındaqərar qəbul etsə də,yanvarın 27 - də Azərbaycan SSRİ Ali Soveti bu qərarı ləğv etdi. Yanvarın 22 - də Azərbaycan SSR Ali Soveti Bakıda fövqəladə vəziyyətintətbiqini qeyri - qanuni hesab edərək, onu ləğv etməsinə baxmayaraq, Azərbaycan KP MK bürosu fövqəladə vəziyyətin qalmasını lazım bildi.
20 yanvar faciəsindən sonra Kommunist Partiyasına qarşı yaranmış ümumxalq nifrəti partiya biletlərinin yandırılması və onun sıralarından kütləvi surətdə partiya üzvlərinin çıxması ilə nəticələnmişdir. Xalqın bu çətin günlərində onun dərdinə şərik olanlar, həyatlarını riskə ataraq sovet rəhbərliyinə qarşı qətiyyətli mövqe nümayiş etdirənlər arasında Dövlət Təhlükəsizlik Komistəsinin yuxarıda adları çəkilən azərbaycanlı əməkdaşları da olmuşdu. İstefada olan təhlükəsilik polkovniki Fazil İmamverdiyev yuxarıda qeyd olunan müsahibəsidə İman Abdullayevin faciə vaxtı qətiyyətli, cəsarətli fəaliyyəti barədə deyir: “20 yanvar faciəsinin səhəri günü o zamanki Dizerjinski adına(Hazırda Şəhriyar adına klub) klubda SSRİ DTK sədrinin birinci müavini general polkovnik Filip Denisoviç Bobkov və Azərbaycan SSR DTK sədri Vaqif Hüseynovun rəhbərliyi iləgeniş iclas keçirildi.İclasdan əvvəl kadrlar şöbəsindən bütün sahələrdən təcrid olunaraq fəaliyyətinə qadağa qoyulmuş azərbaycanlımilli kadrlara zəng edilərəkiclas zalında birinci sırada oturmaları tələb olunmuşdu. İclası general polkovnik F. D. Bobkov açaraq baş vermiş cinayəti özləri törədikləri halda Azərbaycan xalqını, hansısa milli eksterimist qüvvələri ittiham etdi. O, bu zaman ön cərgədə əyləşmiş əməkdaşları göstərərək bizim aramızda da belələrivar deməklə cinayəti milli qüvvələrin üstünə atmağa cəhd etdi. Bu zaman əksəriyyətin gözləmədiyi haldaİman Abdullayev yerindən duraraq “Bobkov sən cinayətkarsan, sən Azərbaycanxalqının qanını içmisən” deməsi tribunada olan rəhbərliyi təşvişə saldı. Bu zaman zalda olan “Alfa” qrupunun üzvləri hər an atəş açaraq ön sırada oturanları qətlə yetirə bilərdilər. Lakin zalda oturanların demək olar ki, 70 faizin ayağa duraraq etiraza qoşulması onlar bu addımdan çəkindirdi və onlar tələsik Bobkovun zaldan uzaqlaşdırdılar.”
Y. Nəbiyevin “Bir zamanlarDTK”kitabında isə 20 yanvar faciəsi zamanı digər qeyrətli təhlükəsizlik zabitləri, əsasən Eldar Nicatov və Şahverdi Arifovun cəsarətli mövqeləri haqqında aşağıdakı məlumat veririb: “General tribunaya keçib ordunun Bakıya yeridilməsinin səbəblərini açıqlamağa başladı. Azərbaycanda “Xalq cəbhəsi” hərəkatının liderlərinin hakimiyyəti ələ keçirmək cəhdlərindən tutmuş ermənilərin kütləvi şəkildə öldürülməsinədək cəfəngiyyat dolu nitq söyləyən Bobkov onsuz da əsəbləri tarıma çəkilmiş əməliyyatçıları bir az da təhrikə çəkdi. Əsassız faktların gətirilməsinə dözməyən kəşfiyyat şöbəsinin əməkdaşı Eldar Nicatov onun çıxışını yarımçıq kəsdi:“Yoldaş general biz çekistlərsizdən həqiqətigözləyirdik. Sizisə erməni millətçiləri və seperatçılarınınsözlərini tamamilə təkrar edirsiniz.”
Eldarın bu sözlərindən sonra sanki qurbağa gölünə daş atdılar. Zalda hamıya məlum idi ki, SSRİ DTK-sında xidmət etdiyi dövr ərzində Bobkov kimi zəhmli, mühüm və yüksək rütbəli zabitin ünvanına heç kim bu cür tənqidi sözlər söyləməmişdi. DTK əməkdaşları arasında bir neçə saniyə sürən sükutdan sonra Filip Denisoviç nəhayət özünə gəldi: “Mən başa düşmədim siz nəyi nəzərdə tutursuz yoldaş zabit?”
Eldar: “ Onu nəzərdə tutram ki, erməni KQB-sinin müttəfiq Azərbaycan Respublikası ərazisindəki terorçu fəakiyyəti haqqında məlumatdırıldırılmağınıza baxmayaraq çalışırsız günahı “Xalq cəbhəsi”nin hansısa bilərəkdən uydurulmuş silahlılarının üstünə atmağa çalışırsınız!”
Bu sözlərdən sonra artıq Eldara heç kim qulaq asmırdı. Hamının diqqəti akt zalının giriş qapılarının ağzında mövqe tutan “Alfa” xüsusi təyinatlılarının davranışına yönəlmişdi. Vəziyyət o qədər gərginləşdi ki, əməliyyatçılar onlardan yeganə hərəkət gözləyirdilər: Nicatovun sinəsinə, yaxud gicgahına nə vaxt atəş açılacaqdır? Durumu Bobkov da anladı və azərbaycanlı əməliyyatçıların da silahlı olduqlarını nəzərə alıb, çıxış yolunu oda su səpməkdə tapdı:“Zabit, mən sizi başa düşürəm. Bakıya qoşun yeridilməsindən çoxlu sakin zərər şəkdi.”
Eldar: “ Zərər şəkdi? Siz nə deyirsiz yoldaş general? Nüxtəlif çaplı silahlarla yüzlərlə insan yerindəcə güllələnib.”
Bobkov: “ Axı öldürülənlər əsasən qırmızı orduya amansız silahlı müqavimət göstərən adamlar idilər. Bu silahlılar həmçinin sizin paytaxtın erməni əhalisinə qarşı çoxsaylı cinayətlərdə təqsirkardırlar.”
Eldarla Bobkovun dialoqu DTK-nın vətənpərvər əməkdaşlarını daha da alovlandırdı. Söhbətə əks-kəşfiyyat şöbəsinin əməkdaşı Şahverdi Arifov da müdaxilə etdi: “Dayanın yoldaş general hansı “silahlılar”?
Bobkov: “Xalq cəbhəsi” deyilən hərəkatın silahlıları.”
Şahverdi Arifov: “ Onlar necə silahlı ola bilərdilər ki, Mərkəzin göstəişlərinə əsasən bütün Azərbaycan xalqından hətta ov silahları belə yığışdırılmışdı? Mən hələ soyuq silahları və mərbəx bıçaqlarını demirəm. Erməni əhalisi isə bu vaxt təpədən dirnağa qədər silahlandırılmışdı.”
Bobkov: “ Düzün desəm mən silahlı hücumlar haqqında hələ məlumatlı deyiləm...”
Şahverdi Arifov:“Əgər biz Azərbaycan çekistləri sizi, SSRİ DTK sədrinin müavini, hər dəqiqə erməni terrorçuları vəmüxtəlif antisovet elementlərin qanunsuz, təxribatçı fəaliyyətləri haqqında yazılı şəkildə məlumatladırırdıqsa, sizin necə məlumatınız olmaya bilərdi”?
Bobkov:“ Mən sizi əmin edirəm ki, mənə belə məlumat daxil olmayıb”.
Bobkovun bu cavabından sonra ara bir qədər sakitləşdi. Zalda əyləşən əməliyyatçılar onun son sözlərindən dəqiq nəticə çıxara bilmədilər: Filip Denisoviç Azərbaycan SSR rəhbərliyini susqunluqda günahlandırdı, yoxsa öz canını qurtarmağa cəhd göstərdi? Özünü qorumaqdan söhbətgedə bilməzdi. Çünki onun arxasında sovet dövlətinin başdan-ayağa silahlanmış ordusu, binanın daxilində isə “Alfa”nın peşəkar zabitləri dururdu. Deməli, Azərbaycanın rəhbərliyi erməni separatçı və terroçuları barədə Sov.İKP MK-ya dolğun məlumat göndərməmişdi. SSRİ KQB-silə əlbir olaraq vəzifədə qalmaq naminə müxalifətin başını əzmək istəmiş və nəhayət, kor-koranə, əmrə müntəzirrobot kimi soydaşlarının əlehinə Mərkəzə qüsursuz xidmət göstərmişdi. İclasdan heç nə əldə edəməyəcəyini anlayan Bobkov gündəmdəki məsələlərin müzakirəsinə son vermək istədi. Lakin sözlərini bitirməyən Eldar Nicatov monoloquna davam etdi: “Yoldaş Bobkov, sondamən demək istəyirəm ki, xalqıma qarşı sovet ordusunun fəaliyyətini heç cür qəbul etmirəm.Və mənə ayıb olar ki, kommunistin partiya biletini və çekis vəsiqəsini daşıyam. Mən xidmətdən istefa verirəm.”
Bu sözlərdən sonra Bobkov vəsiqələri kütləvi şəkildə onun önünə atmasınlar, -deyə Nicatova müraciət etdi: “ Yoldaş zabit mən sizin iradlarınızı diqqətlə dinlədim. Buna görə də sizinlə təklikdə danışmaq istəyirəm.”
Eldar: “Yoldaş Bobkov mən öz düşündüklərimi tam şəkildə bildirdim. Əlavə etməyə heç nə qalmadı.”
Tarixi qəhrəmanlar yaradır, tarixçilər isə onu yazırlar. Yaradılmış tarix yazılanda tarix olur, yazılmayanda unudulub gedir. Azərbaycan tarixinin qəhrəmanlıq səhifələri, o cümlədən təhlükəsilik xidməti əməkdaşlarının da qəhrəmanlıqları obyektiv şəkildə yenidən geniş araşdırılmalı və yazılmalıdır.Bu məsələ əvvəlki illərdə olduğu kimi, müasir dövrdə də aktual olaraq qalır.
MƏHƏRRƏMZÜLFÜQARLI