EN

Fırıldaqçılar AB vətəndaşlarını 1,2 milyon dollar məbləğində aldadıb

ain.az bildirir, Bizimyol portalına istinadən.

Ukraynanın cənub-şərqində yerləşən Dnepropetrovskdakı saxta çağrı mərkəzləri Avropa Birliyi (AB) vətəndaşlarını ən azı 1,2 milyon dollar məbləğində aldadıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat verib.

UTX-nin "Telegram" kanalında dərc olunan məlumatlara görə, saxta sxemin təşkilatçıları Dnepropetrovskda dörd çağrı mərkəzi yaradıblar və onların operatorları AB vətəndaşlarına zəng edərək onları "perspektivli" kripto layihələrinə investisiya qoymağa təşviq ediblər. Sürətli mənfəət artımını nümayiş etdirmək üçün kriptovalyuta birjasını simulyasiya edən onlayn platforma yaradılıb.

Bir il ərzində fırıldaqçılar ən azı 1,2 milyon dollar qazanıblar. UTX sxemi aşkar etmək üçün Latviya və Litvadakı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib. Qırx axtarış aparılıb və təşkilatın rəhbəri və 10 əlbir şəxs saxlanılıb və nəzarətə götürülüb.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
bizimyol.info

1Sources