EN

Sabirabadda sakinlərin körpü dərdi – Kollektorda təmir niyə yubanır?

Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində Aşağı Mil-Muğan kollektoru üzərindəki uçan körpü hələ də təmir olunmayıb.

Qeyd olunub ki, yanvar ayından etibarən körpü keçilməz olsa da bugünə kimi hansısa iş aparılmayıb.

“Körpü bağlıdır deyə yolumuz uzanır, çətinlik çəkirik. Nə vaxt təmir olunacağı ilə bağlı isə heç bir məlumatımız yoxdur”, – deyə şikayətdə bildirilib.

Sabirabadda

NOCOMMENT.az xəbər verir ki,  Aşağı Muğan Meliorativ Sistemlərin İstismarı idarəsinin baş mühəndisi Zalış Bünyatov məsələyə aydınlıq gətirib.

O qeyd edib ki, körpünün altında yerləşən kollektor saniyədə 25 kub su keçirir. Bunun üçün isə daha böyük diametri olan borular tələb olunur:

“Artıq Masallıdan altı boru gətirmişik. Məsələ ilə bağlı Layihə İnstitutuna müraciət etmişik. Bizə bildirdilər ki, həmin əraziyə 15 ədəd 1 200 millimetr diametrli boru lazımdır. Bizdə indiki halda cəmi altı boru var. Əgər yalnız onlardan istifadə etsək, camaatın əkin sahələri su altında qala bilər. Ona görə də digər boruların gətirilməsini gözləyirik. Bizdə olan borular 500-600 millimetr diametrində olan borulardır. Bu yaxınlarda yeni borular verilməlidir. Masallıdan həmin boruları gətirdikdən sonra oradakı müvəqqəti torpaq körpünü də bərpa edəcəyik.

Sarxanbəyli kəndidə uçan körpü isə hazırda bağlıdır. Oraya “giriş qadağandır” nişanı qoyulub, icra nümayəndəsinə məktub yazılıb, xahiş edilib ki, oradan adamların gediş-gəlişi dayandırılsın. Bundan başqa Sabirabad Rayon Polis Şöbəsinə də müraciət etmişik ki, o ərazidən istifadə etməmələri üçün camaatı maarifləndirsinlər. Qonşu Bala Həşimxanlı kəndində alternativ körpü var, 6 km kənarda asma, işlək körpüdür, hələlik ondan istifadə etsinlər”. /Oxu.Az/

Chosen
11
nocomment.az

1Sources