EN

“Qarabağ”ı NƏ GÖZLƏYİR? – Qurban Qurbanov o detala diqqət çəkdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində İngiltərədə qarşılaşacaqları “Nyukasl”la oyun barədə danışıb.

Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakıdakı böyük hesablı məğlubiyyətdən sonra (1:6) səfərdəki görüşün də çətin keçəcəyini bildirib:

“İlk görüşdəki nəticəyə görə cavab oyunu haqda danışmaq asan deyil. Təhlillər və növbəti görüşə hazırlaşmaq üçün bir neçə gün vaxtımız oldu. Rəqib bizdən üstün idi. Cavab matçında diqqətli olmalıyıq. Psixoloji zərbə almadıq, vəziyyət elə də pis deyil. Yaxşı hazırlaşmağa çalışdıq”.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” matçı fevralın 24-də, saat 00:00-da keçiriləcək.

Chosen
11
millitv.net

1Sources