Britaniya Akademiyası Film Mükafatları (BAFTA) festivalını yayımlayan BBC yol verilən xətaya görə hərkəsdən üzr istəyib. Buna səbəb festival zamanı auditoriyadan səslənən xoşagəlməz ifadəni xeyli vaxtları olsa da çəkiliş heyətinin senzura tətbiq etmədən efirə verməyi olub.
News365.az xəbər verir ki, ötən gecə keçirilən BAFTA fevtivalında xoşagəlməz hadisə baş verib. Səhnədə iki qara dərili aktyor çıxış edərkən tamaşaçı qismində çıxış edən Con Davidson qara dərili insanlara qarşı təhqir hesab edilən N ilə başlayan sözü çığırıb. Onun səsi efirə düşüb. Bununla da bütün izləyicilər bu sözü eşidib. Hadisə böyük əks-səda doğurub.
Daha sonra verilən açıqlamada Con Davidsonun
kimliyi açıqlanıb. Qeyd edilib ki, o, Turet sindromundan əziyyət çəkən xəstədir.
Bu sindrommu olan insanlar qeyri-ixtiyari hərəkətlər edir və işlətmək istəmədiyi
xoşagəlməz ifadələri özlərindən aslı olmayaraq işlədirlər. Bu tutma zamanı bədənləri
və dillərinə olan idarə etməni itirirlər. Açıqlamadan sonra yaranan narazılıq
nisbətən sakitləşib.
Əlavə edək ki, 2025-ci ildə çəkilmiş “And İçirəm” filmi Con Davidsonun həyat
hekəyəsindən bəhs edir. Filmdə qəhramının çatışmazlığına görə üzləşdiyi çətinliklər
ön plana çıxarılıb. Film ən yaxşı baş rol ifaçısı nominasiyası üzrə “BAFTA”-nın
əsas mükafatını qazanıb.