EN

Sosial şəbəkədə təhqirə görə 6 nəfər məsuliyyətə cəlb edilib

Sosial şəbəkədə təhqirə görə 6 nəfər məsuliyyətə cəlb edilib

Baş Prokurorluq vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə müraciət edib. AFN.az-ın məlumatına görə, müraciətdə son dövrlər internet məkanında etik davranış standartlarına zidd paylaşımların artması və bunun ictimai mənəviyyata təhdid yaratdığı vurğulanıb.

Qurumdan bildirilib ki, ailə institutunun müqəddəsliyini sarsıdan, ailədaxili münasibətlərin təhrif edilmiş görüntülərini tirajlayan və normal ünsiyyət etikasına sığmayan ifadə tərzi nümayiş etdirən hallar kəskin hüquqi reaksiya doğurur. İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən, internet resurslarında əxlaqsız ifadələr işlətmək və cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmək ciddi məsuliyyət yaradır.

Artıq bu istiqamətdə konkret addımlar atılıb. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan tədbirlər nəticəsində 6 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Məhkəmə qərarı ilə onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub.

"Baş Prokurorluq vətəndaşlarımıza müraciət edərək bir daha bildirir ki, virtual məkan hüquqdan kənar və ya nəzarətsiz bir zona deyildir. Milli mənəviyyatımızı hədəf alan hər bir qanunazidd əmələ qarşı bundan sonra da ciddi tədbirlər görüləcək."

Chosen
13
afn.az

1Sources