Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “H.Əliyev prospekti 50” ünvanı üzrə Ərazi Partiya Təşkilatında (ƏPT) hesabat-seçki yığıncağı keçirilib.
Görüşdə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Ərazi Partiya Təşkilatının üzvləri iştirak ediblər.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov giriş sözü ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu barədə geniş nitq söyləyib, qarşıda duran vəzifələrlə bağlı partiya üzvlərinə öz tövsiyələrini verib.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək, partiyanın keçdiyi şərəfli tarixi yoldan, Ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, eləcə də ölkəmizin sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz xidmətlərindən bəhs edib. E.Quliyev bildirib ki, gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir.
“H.Əliyev prospekti 50” ünvanı üzrə ƏPT-nin sədr müavini Aybəniz Xəlilova geniş hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülən işlərdən danışıb.
Çıxışlardan sonra gündəlikdə olan məsələlərə baxılıb. Gündəlikdə olan digər məsələ ƏPT-nin sədr müavini Aybəniz Xəlilovanın təqaüdə çıxması ilə əlaqədar yeni sədr müavinin seçilməsinə zərurətin yaranması olub.
Beləliklə, gündəlikdə olan məsələlər səsə qoyulub, yekdil səslə Vüsal Nəcəfov ƏPT-nin yeni sədr müavini seçilib və 2025-ci il üzrə təqdim olunan hesabat qəbul edilib.
“H.Əliyev prospekti 50” ünvanı üzrə uzun illər ƏPT-nin sədr müavini çalışmış Aybəniz Xəlilovaya YAP Nərimanov rayon təşkilatı tərəfindən partiyanın ictimai-siyasi həyatında göstərdiyi fəaliyyətə görə Fəxri Fərman və hədiyyə təqdim olunub.
Sonda xatirə şəkli çəkilib.