ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ”ın U-19 heyətinə Nigeriyadan iki futbolçunun qoşulması gözlənilir.
Klubun Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyevin İdman.Biz-ə verdiyi açıqlamaya görə, onların komandaya cəlb olunması baxışın nəticəsindən asılıdır.
“Komandaya tövsiyə etdiyim hər iki futbolçu - Frensis Oniyema və Mikael Aderodu 2008-ci il təvəllüdlüdür. Baxışı uğurla keçəcəkləri halda, UEFA Gənclər Liqasında çıxış perspektivi ilə U-19 heyətinə daxil ediləcəklər. Gələcəkdə isə əsas komandaya yüksəlmək imkanları da var.
Hazırda onların tələblərimizə uyğun olub-olmayacağı dəqiq deyil. Əgər gözləntiləri doğruldarlarsa, bu, ən azı maliyyə baxımından klub üçün sərfəli olacaq. Çünki klub futbolçuların özlərindən başqa heç kimə ödəniş etməyəcək”, - deyə Aftandil Hacıyev bildirib.
Vüqar Vüqarlı
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.