EN

Fransa Rusiyanın enerji daşıyıcılarının dəniz yolu ilə daşınmasının tam qadağasını istəyir

Sabah Parisdə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə "İstəklilər koalisiyası"nın görüşü keçiriləcək.

“İki sahil” xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan edib.

J.Barro bildirib ki, Avropa səviyyəsində artıq Ukraynaya 90 milyard avro məbləğində kreditin verilməsi barədə qərar qəbul edilib: "Bu isə ölkəni yaxın iki il ərzində maliyyə çətinliklərindən qorumağa imkan verəcək".

Fransa XİN başçısı Ukraynaya dəstəkdən danışarkən bildirib ki, Rusiyaya qarşı 20-ci sanksiya paketi qəbul edilməyə hazırdır: "Söhbət onun qəbul edilib-edilməyəcəyindən getmir - bu mütləq baş verəcək, söhbət bunun nə vaxt olacağındandır. Bu baxımdan hər kəs öz öhdəliklərini yerinə yetirməlidir".

Onun sözlərinə görə, son dörd ildə tətbiq edilən misli görünməmiş sanksiyalar sayəsində Avropa "Rusiya Prezidenti Vladimir Putinin Ukraynada öz müstəmləkə xəyallarını həyata keçirmək qabiliyyətini məhdudlaşdırıb".

J.Barro əlavə edib ki, Fransa Rusiya enerji daşıyıcılarını daşıyan gəmilərə dəniz xidmətlərinin göstərilməsinin tam qadağasını dəstəkləyir.

"Strategiyaya operativ tədbirlər, o cümlədən belə gəmilərin Aİ ölkələrinin ərazi sularında qanunsuz hərəkətinin qarşısını almaq üçün hərbi vasitələrin tətbiqi daxildir. Digər addım - dəniz daşımalarına tam qadağadır", - o qeyd edib.

Chosen
12
ikisahil.az

1Sources