EN

Əzəli rəqibdən alınan darmadağını "Partizan"ın baş məşqçisinə bağışlamadılar - RƏSMİ

Serbiyanın "Partizan" klubunun rəhbərliyi baş məşqçi Nenad Stoyakoviçin istefaya göndərib.

Fanat.Az Belqrad təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislə əməkdaşlığa əzəli rəqib "Srvena Zvezda"ya 0:3 hesablı məğlubiyyətin ardından son qoyulub.

Baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Damir Çakara tapşırılıb.

"Partizan" hazırda 24 turdan sonra 2-ci pillədə qərarlaşıb və lider "Srvena Zvezda"dan 4 xal geri qalır.

Toğrul

Chosen
1
1
fanat.az

2Sources