EN

“Azərişıq” 3-cü dəfə ardıcıl olaraq birinci yerə layiq görüldü

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2025-ci il üzrə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinə dair illik hesabat təqdim edilib.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin və müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Qiymətləndirmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılmasıdır. Həmçinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması baxımından da olduqca əhəmiyyətlidir.

Tədbirdə mərkəzi icra hakimiyyəti, həmçinin yerli icra hakimiyyəti orqanları, eləcə də hüquqi şəxslər və digər büdcə təşkilatları üzrə “ASAN xidmət indeksi” qiymətləndirilməsi nəticələri açıqlanıb. 2025-ci ildə Dövlət Agentliyi tərəfindən 37 mərkəzi icra hakimiyyəti orqanının 215, 85 yerli icra hakimiyyəti orqanının 253, 15 hüquqi şəxsin və digər büdcə təşkilatlarının 43 xidməti daxil olmaqla, ümumilikdə 511 xidmət qiymətləndirilib. Hüquqi şəxslər və digər büdcə təşkilatları arasında 99.04 faiz nəticə ilə “Azərişıq” ASC birinci yerə layiq görülüb.

Xatırladaq ki, Səhmdar Cəmiyyət “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirmə nəticələrinə əsasən 98.31%, 2024-cü ildə isə 99.60% rekord nəticə əldə edərək ən yüksək pillədə qərarlaşmışdı. Ötən illərdə xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm uğurlar qazanmış “Azərişıq” ASC-nin bu il əldə etdiyi daha bir uğurlu nəticə qurum tərəfindən həyata keçirilən sistemli və məqsədəuyğun islahatların göstəricisidir.

Chosen
3
12
publika.az

10Sources