Mia.az saytına istinadən ain.az xəbər verir.
Sosial şəbəkədə təhqirə yol verənlər cəzalandırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən hüquqi tədbirləri çərçivəsində sosial şəbəkədə İnzibati Xətalar Məcəlləsinin 510.2-ci ( internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi; əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi) maddəsinin tələblərini pozaraq mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib.
Aidiyyəti məhkəmələr tərəfindən onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.