EN

Həkim hemoroidin xalq müalicəsi ilə müalicəsinin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi

Proktoloqu Aleksey Vinnikov hemoroid zamanı özünümüalicənin təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, həkim bildirib ki, hemoroidin xalq müalicəsi ilə müalicəsi faydadan daha çox zərər verə bilər.

Həkim aydınlaşdırdı ki, hemoroid üçün ən populyar xalq müalicələrinə iltihablı nahiyələrə çiy kartof və aloe çəkmək, zəlilərdən, buxar vannalarından və bitki mənşəli dəmləmələrdən istifadə etmək daxildir. Lakin Vinnikovun sözlərinə görə, özünümüalicə ciddi risk yaradır, çünki bu, tez-tez vəziyyəti daha da pisləşdirir.

"Təcrübədə, hemoroid üçün xalq müalicəsi yalnız faydasız deyil, həm də xarici düyünlərin iltihabını pisləşdirə və anal qanaxmaya səbəb ola bilər. Bəzi hallarda cərrahiyyə bu cür müalicənin yan təsirlərini aradan qaldırmağın yeganə yoludur", - deyə mütəxəssis xəbərdarlıq edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
13
e-saglam.az

1Sources