EN

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

Baş Prokurorluq vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə müraciət edərək internet resurslarından istifadə zamanı etik normalara riayət etməyə çağırıb.

Qurumdan verilən məlumata görə, son dövrlərdə ictimai xadimlər və müvafiq dövlət strukturları cəmiyyətdə qəbul edilmiş birgə yaşayış qaydalarına və etik davranış standartlarına sadiqlik nümayiş etdirməyin vacibliyini təbliğ edir. Lakin bəzi şəxslərin internet informasiya məkanında milli-mənəvi dəyərlərə zidd paylaşımlar etdiyi, ailə institutunun müqəddəsliyini sarsıdan və normal ünsiyyət etikasına zidd məzmun yayımladığı qeyd olunub.

Baş Prokurorluq bildirir ki, bu cür əməllər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən inzibati məsuliyyət yaradır. Əldə olunan məlumatlara görə, Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 6 nəfər müəyyən edilərək cəzalandırılıb; onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tətbiq olunub.

Qurum vətəndaşları virtual məkanın hüquqdan kənar və nəzarətsiz zona olmadığını nəzərə alaraq, qanun və etik normalara əməl etməyə çağırıb və bildirir ki, milli mənəviyyata qarşı qanunazidd hərəkətlərə qarşı bundan sonra da ciddi tədbirlər görüləcək.

Aytac 

Chosen
15
anews.az

1Sources