EN

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı konfrans keçirdi - FOTOLAR

21–22 fevral 2026-cı il tarixlərində Qusar Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı, Qusar Rayon Mərkəzi Xəstəxanası və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə dəstəyi ilə elmi-praktik konfrans baş tutub. 

"Unikal" xəbər verir ki, konfrans zamanı zoom üzərindən canlı cərrahiyyə ilə əməliyyat otağından birbaşa yayımlanan müdaxilələr iştirakçılara real klinik prosesləri izləmək imkanı verib. 

“Kəskin pankreatit” panel müzakirəsi və intensiv praktiki təlimlər regionlarda tibbi inkişafın əhəmiyyətini bir daha nümayiş etdirilib. 

Konfrans çərçivəsində tibbdə keyfiyyət standartları, arzuolunmaz halların bildiriş sistemi (AHBS) və pasiyent təhlükəsizliyi kimi mühüm istiqamətlərə də xüsusi yer ayrılıb. 

Bu konfrans bir daha göstərir ki, regionlarda keçirilən elmi təşəbbüslər səhiyyə sisteminin inkişafında, bilik və təcrübə mübadiləsinin gücləndirilməsində mühüm rol oynayır.

Chosen
5
1
unikal.az

2Sources