EN

Ermənistandan növbəti təxribat - Mirzoyan BMT-də Azərbaycanı ittiham etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Hüquqları Şurasının iclasında bildirib ki, Ermənistan və Azərbaycan arasında barışıq prosesi Bakıda 19 erməninin saxlanması ilə çətinləşir.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, iki ölkə hökumətləri arasında imzalanan və hazırlanan müqavilələrə əlavə olaraq, iki cəmiyyət arasında "səmimi dialoq və sülhün bərqərar olması toxumları" əkilib.

"Buna baxmayaraq, münaqişənin ağrılı humanitar nəticələri hələ də aradan qaldırılmalı və keçmişin yaraları sağalmalıdır - biz çətin barışıq yolunu seçmişik. Əlbəttə ki, 19 erməni hələ də Bakıda saxlanıldığı və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməli olduğu bir vaxtda bu çətindir", - Mirzoyan deyib.

O, prosesin təhrif olunmuş tarixi ritorika ilə də mürəkkəb olduğunu deyir.

Eyni zamanda, Mirzoyanın bildirib ki, Ermənistan sülhün bərqərar olmasına sadiq qalır və belə bir atmosferin mövcud problemlərin daha sürətli və effektiv həllinə töhfə verdiyini qəbul edir.

Chosen
16
1
publika.az

2Sources