EN

Qaz və köpün qarşısını alan sadə imsak və iftar menyusu

Tanınmış qida mühəndisi və diyetoloq Fərid Səfərov Ramazan ayı ilə bağlı qidalanma menyusunu izləyiciləri ilə bölüşüb.

Ölkə.Az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən mütəxəssis imsak və iftarda qəbul etdiyi qidaları sadalayıb.

Səfərov bildirib ki, imsakda ilk olaraq su qəbul edib. Daha sonra 3 ədəd kərə yağında hazırlanmış qayğanaq, cücərdilmiş qaraqılçıq buğdası, günəbaxan və kətə toxumlu balatı çörəyindən 1 dilim, 10 ədəd (duzsuz, 1-2 gün suda saxlanılmış) yaşıl zeytun yeyib. Onun imsak menyusunda həmçinin 30 qram kərə yağı, 30 qram ağ pendir, 5 ədəd qoz və açıq rəngli çay da yer alıb.

İftar süfrəsində isə su ilə orucunu açan diyetoloq yarım çömçə mərcimək şorbası qəbul edib. Daha sonra rafinə olunmamış zeytun yağı ilə hazırlanmış mövsümi tərəvəz salatı, 10 ədəd yarpaq dolması və 150 qram bulğur yeyib. Günün sonunda isə 2 ədəd kivi ilə menyunu tamamlayıb.

Chosen
11
2
olke.az

3Sources