EN

Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə etdilər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində çalışan təhsilverənlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi məqsədilə fevralın 10-da attestasiyanın növbəti mərhələsi başlanıb.

Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Fevralın 23-də Milli Məclisin deputatları Tamam Cəfərova, Mehriban Vəliyeva, Aydın Mirzəzadə, Müşviq Cəfərov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Xalq artistləri Mənsum İbrahimov, Gülyaz Məmmədova, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev və başqa tanınmış incəsənət və ictimaiyyət nümayəndələrindən ibarət heyət Bakı Xoreoqrafiya Akademiyasında attestasiya prosesini müşahidə ediblər.

Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov attestasiyanın məqsədi və mərhələləri barədə ətraflı məlumat veriblər.

Chosen
1
10
publika.az

10Sources