EN

Uşaqlar görünüşünə görə ayrılmalıdırmı?

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Məktəb uşağın özünü tapdığı, güldüyü, dost qazandığı, qorxmadan “mən buradayam” deyə bildiyi yer olmalıdır…

Amma bəzən biz böyüklər onların bu haqqını əlindən alırıq.

Bir uşağa “sən başörtülüsən, kənarda dur”,

“sən tədbirdə iştirak etmə”,

“sən çox gülmə”,

deyildiyi anda biz sadəcə bir cümlə demirik — onun qəlbində iz buraxırıq.

O uşaq anlayır ki, fərqlidir.

O uşaq utanmağı öyrənir.

O uşaq özünü gizlətməyi öyrənir.

Halbuki məktəb heç kəsi gizlətməməlidir.

Məktəb heç kəsi susdurmamalıdır.

Məktəb heç kəsi görünüşünə görə ayırmamalıdır.

Başörtülü də uşaqdır.

Başörtüsüz də uşaqdır.

Onların hamısının gülməyə, səhnəyə çıxmağa, əl qaldırmağa, səhv etməyə, öyrənməyə eyni haqqı var.

Uşaqları inancına, geyiminə, seçimlərinə görə lağ obyektinə çevirmək tərbiyə deyil — bu, onların ruhunu incitməkdir.

Biz fərqləri cəzalandıran yox, qəbul edən bir mühit qurmalıyıq.

Çünki bu gün sıxılan o uşaq, sabah cəmiyyətə güvənməyən bir böyüyə çevrilir.

Qoy məktəblər uşaqları ayıran deyil, qucaqlayan yer olsun.

Qoy heç bir uşaq “mənə icazə varmı?” deyə soruşmasın.

Qoy hər uşaq bilsin:

Bu məktəb də, bu həyat da mənimdir.

Nuriyyə Vidadı qızı

Psixoloq

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
icma.az

1Sources