EN

Media: Türkiyənin əsas parlament partiyalarından biri adını dəyişdirməyə hazırlaşır

Ankara, 23 fevral, AZƏRTAC

“Terrorsuz Türkiyə” konsepsiyasının həyata keçirilməsində irəliləyişlər və PKK terror təşkilatının tamamilə aradan qaldırılmasına yönəlmiş birgə parlament hesabatının hazırlanması ilə yanaşı, Türkiyənin aparıcı parlament partiyalarından biri olan Xalq Bərabərliyi və Demokratiya Partiyası (DEM Partiya) sürətli, radikal islahatlar planlaşdırır.

AZƏRTAC “HaberTürk” televiziya kanalına istinadla xəbər verir ki, PKK lideri Abdullah Öcalanla əlaqələri ilə tanınan üçüncü ən böyük parlament fraksiyası (592 üzvdən 56-sı) adını dəyişdirməyə və əhəmiyyətli kadr dəyişiklikləri aparmağa hazırlaşır.

Demokratik Xalq Konqresi (DTK), Xalqların Demokratik Konqresi (HDK) və Demokratik Bölgələr Partiyası (DBP) kimi DEM Partiyasına yaxın siyasi partiyalar da bağlanacaq. Onların hamısı Türkiyədəki sonrakı seçkilərdə mübarizə aparacaq vahid siyasi qurumun sıralarına qoşulacaq.

“HaberTürk”ün məlumatına görə, bu məsələ ilə bağlı yekun qərar bu yay keçirilməsi gözlənilən DEM Partiyanın qurultayında açıqlanacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
2
1
azertag.az

2Sources