Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının rəsmi "X" səhifəsində bəyanat yayılıb.
"Biz etimadsızlıq votumu irəli sürürük", -deyə bəyanatda qeyd olunur.
Sağçı qüvvələrin narazılığı ondan irəli gəlir ki, Fransanın Nazirlər Kabineti uzunmüddətli strategiyanı parlamentdə səsvermə keçirilmədən qəbul edib.
Bundan başqa, qeyd olunur ki, hökumətin yeni strategiyası Fransa vətəndaşlarına 300 milyard avroya başa gələ bilər ki, həmin məbləğin toplanmasına Makron hökuməti vergilərini və ya kommunal xidmət haqlarını artırmaqla nail olmaq niyyətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31