EN

Plastik əməliyyatdan sonra psixoloqa getdim

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Plastik əməliyyata gələndə - bir qadın, sənətçi və səhnəyə çıxan biri kimi cavab verəcəyəm. Bəziləri elə düşünür ki, böyük kompleks keçirdib, görkəmimdən utanmışam. Qətiyyən. Sadəcə, həmin an qərar verdim. Düzdür, hər şey ürəyimcə olmadı. Əməliyyatı biz etmirik, həmin an özümüzü kiməsə etibar edirik. Kimə və nəyə görəsə yox, iç dünyamla, daxili aləmimlə üst-üstə düşdü. Hansısa eranın bitdiyini yeni qapıların açıldığını hiss etdim. Hiss edirdim ki, içimdə başqa ab-hava əsir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Mədəni şou"da deyib. Müğənni görünüşündəki dəyişiklikdən danışıb:

"Hiss etdim ki, yeni nəsl gəlir, tamaşaçı dəyişir. ya mən köhnədə qalmalı idim, akademik bir ifaçı kimi xatırlanacaqdım. Amma mən yeni nəsillə ayaqlaşdım. Düşündüm ki, daxilimlə yanaşı, xaricimdə də nəsə etməliyəm. Bu o demək deyil ki, burnumdan, görünüşümdən utanırdım, qətiyyən. Əməliyya diş çəkdirmək deyil. Saatlarla əməliyyat masasında qalırsan, sonra sağalma zamanı. Əməliyyatdan sonra psixoloqdan dəstək gördüm. Elnur Həsənov, balalarım mənə dəstək oldu".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
axsam.az

1Sources