EN

Restoranda QORXULU ANLAR: Nəhəng dalğa İÇƏRİ DOLDU – VİDEO

Soçidə nəhəng dalğa sahil restoranına dolaraq mebelləri və qonaqları yuyub aparıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Soçi şəhərində güclü fırtına sahilboyu ərazilərdə fəsadlara yol açıb.

Təbiət hadisəsi zamanı nəhəng dalğa dəniz kənarında yerləşən restoranlardan birinin müdafiə səddini keçərək içəri daxil olub.

Nəhəng su kütləsi restoranın pəncərələrini sındıraraq zalı cənginə alıb, mebelləri və qonaqları yuyub aparıb.

Güclü axın uşaqla birlikdə olan bir kişini də ayağından vuraraq yerə yıxıb.

Hadisə şahidlərdə böyük təşviş yaratsa da, xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. Restorana ciddi maddi ziyan dəyib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
11
interpress.az

1Sources