
Fevralın 22-si saat 10 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində küçədən meyit tapılıb.
AFN.az xəbər verir ki, H.Quliyev küçəsi 20 ünvanının qarşısında ahıl qadın vəfat edib.
Ölən şəxsin qəsəbə sakini 1944-cü il təvəllüdlü Q.Solovyeva olduğu müəyyənləşib. Məlumata görə, ilkin baxış zamanı qadının meyiti üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbi ekspertizadan sonra bəlli olacaq.